Böyük Britaniyanın Baş naziri Rişi Sunak mayın 15-də Londonun Ukraynaya yüzlərlə hava hücumundan müdafiə raketi və yeni uzaqmənzilli hücum PUA-ları verəcəyini elan edəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə “Teleqraf” nəşri məlumat yayıb.
Belə ki, yeni hərbi yardım paketində 200 km mənzilə malik yüzlərlə zərbə PUA-ları yer alacaq.
Həmçinin “Bu silahlar yaxın aylarda Ukraynaya tədarük olunacaq”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Ukrayna lideri Zelenski bu gün Londona səfər edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.