Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı onu mayın 14-də keçirilən prezident seçkilərinin birinci turunda liderliyi münasibətilə təbrik edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
"Qazaxıstan Prezidenti Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbərlik etdiyi alyansın uğurunu da qeyd edib”, - məlumatda deyilir.
Qazaxıstan və Türkiyə liderləri iki ölkə arasında çoxşaxəli əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərini də müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.