Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda qələbə qazanacağına əmin olduğunu bildirib. Azadmedia.az xəbər verir ki, o, bu barədə o, Twitter-də məlumat verib.
Siyasətçinin fikrincə, ikinci turda o, daha çox səs toplaya və “tarixi” qələbə qazana bilər.
Bundan əvvəl ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının xüsusi koordinatoru Maykl Georq Link bildirib ki, ATƏT müşahidəçiləri Türkiyədə keçirilən seçkilərdə səslərin hesablanması zamanı aşkar manipulyasiyalar görməyiblər.
Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi - “Cümhuriyyət Alyansı”nın vahid namizədi müxalifətdəki “Xalq Alyansı”nın vahid namizədi Kamal Kılıçdaroğlu olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.