"Cümhur İttifaqı" olaraq ölkəmizin ən kritik seçkilərinin ilk sınağını alnımızın ağı ilə verdik. Təxribatlara yol vermədən, təzyiqlərə məhəl qoymadan, qorxuya düşmədən, çətinliklər qarşısında təslim olmadan mübarizə apardıq".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, növbəti mərhələ mayın 14-də əldə edilən uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır.
"Türkiyə bizdən xidmət gözləyir, hərəkət gözləyir, zəlzələ qurbanları yaraların tezliklə sağalmasını gözləyirlər. Allahın izni ilə 28 mayı Türk Əsrinin müjdəçisi edəcəyik. Mən sizə inanıram", - Ərdoğan bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.