AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda məmurların vəzifələrindən getməsi qadağan edildi - SON DƏQİQƏ

  • + A
  • - A
  • 16-05-2023, 11:39

    Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda məmurların vəzifələrindən getməsi qadağan edildi -


    Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda yüksək çinli rusiyalı məmurların vəzifələrindən getməsi qadağan edilib.

    Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya məlumat yayıb.

    Belə ki, azı iki qubernator istefa vermək istəyib, lakin Rusiya Prezident Administrasiyasından onlara nəinki istefaya getmək qadağası qoyulub, hətta haqlarında cinayət işi açılacağı ilə hədələniblər. Mənbə quberatorların adlarını açıqlamayıb.

    Başqa bir mənbə isə bildirib ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra xeyli rusiyalı məmur istefa vermək istəyib. Lakin Kreml onların bu istəyini satqınlıq kimi qiymətləndirib, çünki dövlət qulluqçularının qarşısına birlik nümayiş etdirmək tapşırığı qoyulub.

    Qeyd edilib ki, qadağa qeyri-rəsmi xarakter daşıyır, buna görə də bəzi məmurlara ya səhhətinə, ya da korrupsiyaya görə işdən çıxmağa icazə verilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR