AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sinan Oğanla danışıq aparılıb? - Ərdoğanın sözçüsü açıqladı

  • + A
  • - A
  • 16-05-2023, 18:10

    Sinan Oğanla danışıq aparılıb? - Ərdoğanın sözçüsü açıqladı

    “Sinan Oğanın 5 faizlik səsinin hara gedəcəyi ilə bağlı müzakirələr davam edir. Bu 5,17-lik kütlənin bütövlükdə bu tərəfə, yoxsa o tərəfə gedəcəyini söyləmək tələsik bir reaksiya olar.Yəqin ki kütlə olaraq öz qiymətlərini verəcəklər. Təbii ki Sinan bəy qiymətləndirmələr aparacaqlarını söylədi. Bu, təbiidir”.

    AzadMedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

    İ. Kalının sözlərinə görə, “Ata İttifaqı”nın namizədi Sinan Oğanın səsləndirdiyi tezisləri nəzərdən keçirdikdə, onun mövqeyinin “Cümhur İttifaqı”na daha yaxın olduğu aydın olur: “Sinan Oğan deyib ki, terrordan uzaqlıq onun üçün prioritetdir. Cənab Sinanın söylədiyi tezisləri nəzərə alsaq, onun mövqeyinin “Cümhur İttifaqı”na daha yaxın olduğunu deyə bilərəm. Mən onu uzun zamandır tanıyıram. Bütün bu məsələləri nəzərə alsaq, ikinci turun bizim üçün daha asan olacağını düşünürük. Amma yenə də arxayınlaşmadan işimizə davam edəcəyik”.

    Prezidentin sözçüsü siyasətçi ilə hər hansı bir danışığın aparılıb-aparılmaması məsələsinə də aydınlıq gətirib: “Oğan bəylə danışıq olmayıb. İkinci tur bizim üçün daha asan olacaq. Səs fərqi çox açıq şəkildə ortadadır. Səs fərqinin bağlanacağını düşünmürəm. 5 faizlik və 2,5 milyonluq səs fərqi var. Biz öz səslərimizi qoruduğumuz üçün ikinci turda ona yeniləri əlavə olunacaq”.

    Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri zamanı hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR