AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sürücülərə yazdığı cəriməni öz hesabına ödəyən yol polisi - FOTO

  • + A
  • - A
  • 17-05-2023, 09:27

    Sürücülərə yazdığı cəriməni öz hesabına ödəyən yol polisi - FOTO

    Rusiyanın Amur vilayətinin Beloqorsk şəhərində yol polisi müfəttişi işləyən Oksana Jerevçuk öz reputasiyasını qaldırmaq məqsədilə hiyləyə əl atıb.

    Belə ki, baş leytenant rütbəsini daşıyan müfəttiş şəhərdə mütəmadi yol qaydalarını pozan sürücülərin adına protokollar tərtib edərək daha sonra cərimələri öz vəsaiti hesabına ödəməyə başlayıb.

    Lakin bir müddət sonra qadın müfəttiş tərəfindən qeydə alınan qanun pozuntuları ancaq altı sürücünün adına yazılması onun həmkarlarının diqqətini çəkib.

    Qısa araşdırmalar nəticəsində məlum olub ki, cəzalandırılan sürücülərin onlar üçün tərtib olunmuş cərimə protokollarından xəbərləri belə olmayıb və ümumiyyətlə, bu şəxslər həmin müddət ərzində heç bir qayda pozuntusuna yol verməyiblər.

    Protokollar isə başqa şəxslər tərəfindən imzalanıb və ödənişi də Oksana Jerevçuk öz kart hesabı ilə həyata keçirib.


    Bununla müfəttiş yuxarı rəhbərliyi aldadaraq özünü yaxşı çalışan işçi kimi təqdim etməyə və gələcəkdə daha yüksək vəzifəyə təyinat almağa ümid edib.

    Beləliklə, müfəttişin fırıldağı baş tutmayıb. Hazırda ona qarşı “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “vəzifə saxtakarlığı” maddələri ilə cinayət işi açılıb.

    Mənbə: “Baza” “Telegram”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR