Polşa Ukraynaya MiQ-29 qırıcılarının tədarükünü davam etdirməyə hazırdır, lakin F-16-ları verə bilmərik, çünki ölkədə onların sayı o qədər də çox deyil.
Azadmedia.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.
Qeyd edilib ki, “Bizim az sayda F-16-larımız var. Həmçinin ukraynalı pilotların hazırlanması prosesinə dəstək verməyə hazırıq. Mən bunu bir müddət əvvəl baş nazir, milli müdafiə naziri ilə müzakirə etmişəm. Əlimizdə olan F-16 təyyarələrinin sayı bu gün onların bir qisminin Ukraynaya tədarükünə imkan vermir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.