Ankarada güclü leysan yağışları yağıb və fırtına olub.
Leysan yağışları nəticəsində küçələri su basıb, evlərin damı uçub, ağaclar aşıb. Fırtına nəticəsində iki məscidin minarəsi uçub. Minarənin parçasının qopması nəticəsində bir nəfər yaralanıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Güclü fırtına nəticəsində damlardan qopan parçalar avtomobillərə ziyan vurub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.