Qara dəniz qazını 1 ay ödənişsiz xalqımıza çatdırdıq. İndi isə növbədə Qabar (Türkiyənin Şırnak vilayəti, Cənub-şərqi Toroslar –red.) var. Qabar neftini çıxardığımız andan etibarən xalqımız istifadə edəcək.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində çıxışında deyib.
“Yanacaqla da eynisini edəcəyik. Vergiləri azaldaraq, xalqımızı rifahını təmin edəcəyik. Hər mövzuda bənzər addımlar atırıq”, - deyə dövlət başçısı bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.