Avstraliya hökuməti dəniz patrul imkanlarını artırmaq üçün Filippinə müşahidə tipli Pilotsuz Uçuş Aparatları (PUA) və yüksək texnologiyalı avadanlıqlar təqdim edəcəyini açıqlayıb.
Azadmedia.az xəbər verir ki, bu, Avstraliyanın xarici işlər naziri Penni Vonqun Filippinli həmkarı Enrike Manalo ilə görüşmək üçün Manilaya səfərindən sonra açıqlanıb.
Belə ki, Avstraliyanın XİN naziri bəyan edib ki, hərbi yardım paketi iki müttəfiq ölkə arasında onsuz da dərin və genişmiqyaslı olan dəniz təhlükəsizliyi əlaqələrini artıracaq və həmçinin Filippinə yüksək texnologiyalı avadanlıqlar, eləcə də PUA-lar ötürəcək.
Qeyd edək ki, Avstraliya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iki ölkə Çinə qarşı çəkindirici rol oynayacaq birgə təlimlər və patrul fəaliyyətləri də həyata keçirəcək.
Xatırladaq ki, Cənubi Çin dənizində birgə patrul xidməti ilə yanaşı, iki ölkənin daha çox birgə hərbi məşğələ və təlimlər keçirəcəyi bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.