"Ermənistan, Aİ və ABŞ-ın gündəmində Rusiyanı regiondan sıxışdırmaqdan söhbət getmir".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Biz onlarla ancaq regional təhlükəsizlik məsələlərini müzakirə edirik. Qərb dövlətlərinin bəyanatları Ermənistanla Rusiya arasında münasibətlərə ciddi təsir göstərə bilməz", - o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.