AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Belqorod vilayətindəki son vəziyyətlə bağlı açıqlama gəldi - Rəsmi Kreml

  • + A
  • - A
  • 22-05-2023, 18:48


    Belqorod vilayətindəki son vəziyyətlə bağlı açıqlama gəldi -


    Vladimir Putinə Ukrayna Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu ilə döyüşün getdiyi Belqorod vilayətindəki vəziyyətlə bağlı məlumat verilib.

    Azadmedia.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

    Belə ki, “Müdafiə Nazirliyi, FTX və Sərhəd Xidməti Rusiya prezidentinə Ukrayna diversiya qrupunun Belqorod vilayətinə soxulmaq cəhdi barədə məlumat verib. Onların Rusiya ərazisindən çıxarılması və bu təxribat qrupunun məhv edilməsi istiqamətində işlər aparılır. Ərazidə kifayət qədər qüvvə və resurslar var”, - Peskov bildirib.

    Qeyd edək ki, bu gün Rusiya Könüllülər Korpusunun döyüşçüləri və zirehli texnikası “Rusiyaya Azadlıq” legionu ilə birlikdə Belqoroda daxil olub. Nəticədə diversantlar Qrayvoron şəhərini ələ keçiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR