Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təsdiqləyib ki, onun administrasiyasının əsas vəzifələrindən biri respublikanın yeni konstitusiyasının hazırlanması və qəbulu olaraq qalır. Azadmedia.az xəbər verir ki, o, bu barədə bazar ertəsi TRT telekanalının efirində bildirib.
“Əsas vəzifələrdən biri yeni konstitusiya olaraq qalır. Biz partiya müttəfiqliyimiz daxilində [bununla bağlı inkişafları] qiymətləndirəcəyik, lazımi işləri görəcəyik. Tərəflər arasında dialoq, konsensus axtarışı olacaq. Əgər onlar təkliflərlə çıxış etsələr, biz onları təhlil edəcəyik”.
Ərdoğan Türkiyənin çevriliş zamanının “mirasdan qurtulmasını” zəruri sayır. 1980-ci ildə baş vermiş hərbi çevrilişdən sonra 1982-ci ildə yeni konstitusiya qəbul edildi və o, ciddi dəyişikliklərə məruz qalsa da, hələ də qüvvədədir.
Türkiyə lideri bildirib ki, mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda qalib gəlsə, ölkə “tamamilə çevriləcək” və “gələcəkə başqa cür baxılacaq”. Onun sözlərinə görə, bir çox opponentlər “siyasi cəsədlərə” çevriləcəklər.
Ərdoğan iki dəfə referenduma konstitusiyaya dəyişikliklə bağlı sual verib. Ən əsaslı dəyişiklik 2017-ci ildə keçirilən ümumxalq səsverməsində təsdiqlənib. Daha sonra baş nazir postunun ləğvi və prezidentin səlahiyyətlərinin genişləndirilməsi ilə parlament idarəetmə sistemi prezident üsul-idarəsi ilə əvəz olundu.
Müxalifət Ərdoğanı bu addımına görə tənqid edir və dövlət başçısının səlahiyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdıraraq ölkədə parlamentarizmi bərpa edib gücləndirəcəyini vəd edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.