2022-ci il fevralın 24-də Ukraynada Rusiya müharibəsi başlayandan bu il aprelin sonuna qədər Rusiyadan çağırış yaşında olan 55 kişi Almaniyada sığınacaq alıb.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Daxili İşlər Nazirliyinin cavabında deyilir.
Belə ki, Rusiyanın hərbi yaşda olan 2 485 vətəndaşı Almaniyadan sığınacaq üçün müraciət edib. 814 iş üzrə ərizələr üzrə qərar qəbul edilib; Onlardan 88-ə imtina cavabı verilib. 1 671 iş üzrə icraat davam edir.
Qeyd edilib ki, Bundestaqdakı solçu deputatlar sığınacaqla bağlı bu qədər az sayda müsbət qərarları tənqid edirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.