İranın ali dini lideri Əli Xameynenin ofisinə bağlı Londondakı Britaniya İslam Mərkəzinin fəaliyyəti dayandırılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.
Belə ki, İngiltərə İslam Mərkəzinin nümayəndələri mayın 24-də mərkəzin giriş qapısına lövhə asaraq mərkəzin fəaliyyətinin dayandırılmasının xüsusi halla bağlı olduğunu yazıb.
Həmçinin Böyük Britaniya daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Tom Tugenhut mərkəzin bağlanmasını alqışlayıb.
Qeyd edək ki, mayın 9-da isə Böyük Britaniya Xeyriyyə Komissiyası İranın ali dini lideri Əli Xameneiyə bağlı "İslam Mərkəzi"nin məsullarını işdən çıxarmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.