İran Müdafiə Nazirliyi “Xürrəmşəhr” sinfinə məxsus ən son uzaqmənzilli strateji ballistik raketini təqdim edib. Bu, əvvəlki raket modellərinin təkmilləşdirilmiş versiyasıdır.
Azadmedia.az xəbər verir ki, bunu İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani deyib.
Qeyd edək ki, “Biz silahlı qüvvələri müxtəlif raketlər, pilotsuz təyyarələr, hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çalışırıq. Raketin uçuş məsafəsi iki min kilometrdir və döyüş başlığı böyük partlayıcı gücə malikdir. Yeni raket “Xeybər” adlandırılıb”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.