Bakı, 26 may — Azadmedia.azDeputat Məşhur Məmmədov Masallı rayonu Yeni Azərbaycan Partiyasının binasında vətəndaşları qəbul edib.
Azadmedia.az-a verilən məlumata görə, Masallı rayonu YAP-nın binasında təşkil edilən qəbulda Deputat Məşhur Məmmədovla bərabər, Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev, köməkçiləri - Əli Nağıyev, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev iştirak ediblər.
Belə ki, qəbul-görüşdə 2 nəfər Qazi olmaqla ümumilikdə, 12 nəfər vətəndaşın müraciətinə baxılıb.
Nəzərinizə çatdıraq ki, müraciətlərin əsas hisssəsində işlə təminat, məşğulluq, təhsil, əlilliyin müəyyən olunmasında yaranan çətinliklər kimi problemlər yer alıb.
Bundan əlavə, qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb.
Həmçinin qanunvericiliyə uyğun olan bəzi müraciətlər isə həll olunması üçün aidiyyatı orqanlara yönləndirilib.
Qeyd edək ki, deputat Məşhur Məmmədovun qəbul-görüşləri davam edir.
Ülkər Piriyeva