Mayın 26-da terrora cəhd ittihamına görə Belçikada həbsdə olan İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşı Əsədullah Əsədinin İrana geri qaytarılması etirazlara səbəb olub.
Azadmedia.az xəbər verir ki, dünyanın bir çox təşkilatları, o cümlədən Beynəlxalq Əfv Təşkilatı bununla bağlı bəyanat yayıb.
Belə ki, Beynəlxalq Əfv Təşkilatı İranda həbsdə olan belçikalı yardım işçisi Olivie Vandelastilin azadlığa buraxılmasını alqışlasa da, onun Əsədullah Əsədi ilə mübadiləsindən ciddi narahatlığını bildirib.
Qeyd edək ki, "Belçika bu hərəkəti ilə İran üçün cəzasızlıq mühitinin yaradılmasına kömək etdi, qurbanların ədalət mühakiməsi, təzminat və pozuntuların təkrarlanmaması təminatlarını pozdu. Bu cür məhbus mübadiləsi İran hakimiyyətini xarici vətəndaşları girov götürməyə və digər cinayətlərə davam etməyə təşviq edəcək", - deyə bəyanatda bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.