Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi Qərbi son qırmızı xətti keçməməsi üçün onu cilovlamaq məqsədilə atılan məcburi addımdır.
Azadmedia.az xəbər verir ki, bunu Belarusun Təhlükəsizlik Şurasının katibi general-leytenant Aleksandr Volfoviç deyib.
Belə ki bildirilib ki, hazırda Belarusa sərhəd ölkələrin - ilk növbədə Polşanın ərazisində baş verənlər hücumçu silahlı dəstənin formalaşmasından xəbər verir:
"Hərbi planda stratejii çəkindirmə elementlərindən biri, əlbəttə ki, nüvə silahıdır. Qərb sadəcə olaraq Belarusa başqa yol buraxmadı".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.