Berlin Kosovanın şimalında baş verən toqquşmaları pisləyir və gərginliyi azaltmağa çağırır.
Azadmedia.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Belə ki, "Biz zorakılıqları və gərginliyi artıran istənilən hərəkəti dərhal dayandırmağa çağırırıq. İndi gərginliyin azaldılmasına təcili ehtiyac var. Biz Kosova və Serbiyanı bu məqsədlə daha çox gecikmədən danışıqlara başlamağa çağırırıq", - deyə bu barədə Almaniya XİN vurğulayıb.
Qeyd edilib ki, ötən gün Kosovanın şimalında etiraz edən serblərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə xeyli sayda həm mülki, həm də NATO hərbçisi yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.