Kosovanın şimalında baş verən toqquşmalar zamanı zorakılığı və NATO-nun sülhməramlı qüvvələri KFOR-a hücumları pisləyirik.
Azadmedia.az xəbər verir ki, bu barədə NATO-nun bəyanatında deyilir.
Belə ki, "NATO Kosovanın şimalında KFOR hərbçilərinə qarşı səbəbsiz hücumları qətiyyətlə pisləyir. Hücum nəticəsində onlardan bir neçəsi yaralanıb. Bu cür hücumlar qətiyyən yolverilməzdir. Zorakılıq dərhal dayandırılmalıdır", - deyə həmin bəyanatda deyilir.
Həmçinin NATO bütün tərəfləri gərginliyi daha da artıran hərəkətlərdən çəkinməyə və dialoqa çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.