AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda şagirdlər arasında bıçaqlanma

  • + A
  • - A
  • 1-06-2023, 11:02

    Bakıda şagirdlər arasında bıçaqlanma


    Bakıda şagird şagirdi bıçaqlayıb.

    Sabunçu qəsəbəsində yerləşən məktəblərdən birinin 11-ci sinfində oxuyan 2006-cı il təvəllüdlü şagird Şəhidlər parkında 2007-ci il təvəllüdlü digər şagirdi bıçaqlayıb. Hadisə dünən axşam saat 21 radələrində qeydə alınıb.

    16 yaşlı oğlan Sabunçu Tibb Mərkəzinə çatdırılaraq cərrahi əməliyyat olunub. Onun dindirilməsi hələ ki, mümkün olmayıb.

    Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR