Kreml Çeçenistan rəhbəri Ramzan Kadırovun bölmələrini hücumu davam etdirmək üçün Ukraynadakı “Vaqner”lə əvəz etmək qərarına gəlib. Lakin Kadırov bu cür əməliyyatlar üçün qüvvələrini istifadə etməyə cəsarət etmir.
Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.
Qeyd edək ki, “Kadırov “Vaqner”in Baxmutdan geri çəkilməsindən sonra Ukraynada hücum əməliyyatlarına başlamaq üçün Kremldən göstəriş alıb. O özü bəyan edib ki, çeçen qüvvələri yeni əmr alıb və Ukraynanın Donetsk vilayətində cəbhə xəttinə görə məsuliyyəti öz üzərinə götürüb. Çeçenlərin “Əhməd” xüsusi təyinatlı dəstəsi və “Şimal-Əhməd” xüsusi təyinatlı alayı Donetskin cənub-qərbindəki Marinski istiqamətinə köçürülüb”, - deyə məlumatda deyilir.
Həmçinin Rusiya Müdafiə Nazirliyi də qeyd edib ki, 1-ci Ordu Korpusunun 5-ci motoatıcı briqadasının hücum dəstələri və “Əhməd” xüsusi təyinatlıları Marinski istiqamətində hücum əməliyyatları aparır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.