AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"İran silahlı qüvvələri döyüş hazırlığının ən yüksək səviyyəsindədir"

  • + A
  • - A
  • 1-06-2023, 18:06

    "İran silahlı qüvvələri döyüş hazırlığının ən yüksək səviyyəsindədir"

    İran İslam Respublikası Ordusunun baş komandanı general-mayor Əbülrəhim Musəvi bildirib ki, İran qüvvələri tam hazırdır və ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qorumağa qadirdir.

    Bu barədə general-mayor Əbülrəhim Musəvi Məşhəddə keçirilən mərasimdə danışıb.

    "Faktiki olaraq ordu ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq vəzifəsini yerinə yetirməyə tam qadirdir və bütün gücü ilə istənilən ərazidə istənilən vaxt öz vəzifələrini yerinə yetirə bilər. Biz həmişə qabaqcıl texnologiyalar baxımından düşmənlərdən gələn təhdidlərlə ayaqlaşmağa çalışmışıq və hətta düşmənlərimizdən bir addım öndə olmuşuq. Biz heç vaxt irəliləməyi dayandırmayacağıq”, - deyə general-mayor bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR