İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
Zelenski sosial şəbəkə hesabında görüşlə bağlı paylaşım edib.
O bildirib ki, Azərbaycanın Kiyev vilayətində infrastruktur obyektlərinin bərpasında iştirakını yüksək qiymətləndirir:
"Ölkəmizin gələcək yenidənqurmasında yardıma ümid edirik. Müharibədən sonrakı dövrdə biz Azərbaycanın Ukraynadakı investisiya layihələrində fəal iştirakını gözləyirik. Biz Ukrayna sülh formulu əsasında sabit və ədalətli sülhə nail olmaq üçün Ukraynanın təşəbbüslərini dəstəkləməkdə Azərbaycanın fəal iştirakına inanırıq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.