Yelisey sarayı Kişinyovda Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Avropa Şurası liderlərinin iştirakı ilə keçirilən beştərəfli görüşün yekunları ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: "Ermənistanın baş naziri və Azərbaycan prezidenti bir-birlərinin ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiqləyiblər.
Avropa liderləri Ermənistan və Azərbaycanı bütün öhdəliklərinə, xüsusən də hərbi əsirlərin vaxtından əvvəl azad edilməsi ilə bağlı öhdəliklərinə əməl etməyə çağırıblar.
Tərəflər həmçinin Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə təminatların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Fransa prezidenti hər hansı düşmənçilik ritorikasından əl çəkməyin və regionun bütün əhalisinin rifahı naminə sülhün bərqərar edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini xüsusi qeyd edib.
Qeyd edək ki, Kişinyovda keçirilən Avropa Birliyinin ikinci sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Avropa Şurasının sədri Şarl Mişel ilə danışıqlar aparıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.