AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bayraktar Kızılelma"nın kütləvi istehsalına başlanılır - ÖZƏL

  • + A
  • - A
  • 7-06-2023, 13:13

    "Bayraktar Kızılelma"nın kütləvi istehsalına başlanılır -


    Türkiyənin Baykar texnologiya şirkəti tərəfindən istehsal edilən ilk pilotsuz döyüş təyyarəsi "Kızılelma"nın 2024-cü ildə kütləvi istehsalına başlanılacaq.

    Azadmedia.az xəbər verir ki, "Kızılelma"nın 2025-ci ildə TCG Anadolu dron gəmisindən uçuş sınaqlarına başlaması gözlənilir.

    Belə ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma" 100% öz kapitalı ilə 2021-ci ildə istehsal edilib. "Bayraktar Kızılelma"-nın 14 dekabr 2022-ci ildə ilk uçuşu, 23 yanvar 2023-cü il tarixində isə ikinci uçuşu uğurla tamamlanıb.

    Xatırladaq ki, 25 aprel tarixində "Bayraktar Kızılelma" və Pilotsuz Uçuş Aparatı "Bayraktar Akıncı" sınaq uçuşu zamanı ilk dəfə qol uçuşu həyata keçirib.

    Qeyd edək ki, 1 may tarixində dünyada ilk dəfə pilotsuz döyüş təyyarəsi "Kızılelma" ilə F-16 qol uçuşu həyata keçirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR