AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə prezidenti ilə Aİ rəhbəri arasında telefon danışığı olub

  • + A
  • - A
  • 8-06-2023, 10:07

    Türkiyə prezidenti ilə Aİ rəhbəri arasında telefon danışığı olub

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə telefon danışığı aparıb. Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə liderinin Administrasiyasının Kommunikasiyalar şöbəsi məlumat yayıb.

    Mişel Ərdoğanı Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib.

    Regional məsələləri müzakirə edən Ərdoğan Türkiyənin Avropa üçün böyük strateji dəyərini və ölkənin Aİ-yə tamhüquqlu üzvlüyü istiqamətində bütün səviyyələrdə əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.

    Gömrük İttifaqının yenilənməsi, viza rejiminin liberallaşdırılması, immiqrasiyanın idarə olunması və terrorla mübarizə sahələrində əməkdaşlığın vacibliyini qeyd edən Ərdoğan Türkiyəyə ədalətli yanaşmanın və onun tamhüquqlu üzvlüyü perspektivinin dəstəklənməsinin mövcud münasibətlərdə yeni üfüqlər açacağını bildirib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR