AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SEPAH-ın terrorçu elan edilməsi ilə bağlı təkrar tələblər irəli sürüldü - Britaniya parlamenti

  • + A
  • - A
  • 8-06-2023, 14:19

    SEPAH-ın terrorçu elan edilməsi ilə bağlı təkrar tələblər irəli sürüldü -



    Britaniya parlamentində İranla, SEPAH-ın təxribatçı əməlləri ilə bağlı iclas keçirilib.

    Azadmedia.az xəbər verir ki, bu barədə Britaniya parlamentinin üzvü Brendan Klark Smit mediaya məlumat verib.

    Belə ki, iclasda nümayəndələr İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bütün dünyada, Yaxın Şərqdə, hətta Britaniya torpaqlarında təxribatçı əməllərini sadalayıb, SEPAH-ın terrorçu elan edilməsi ilə bağlı təkrar tələblər irəli sürüblər.

    Qeyd edilib ki, “İran Britaniyanın milli maraqları və daxili təhlükəsizliyi üçün ən böyük təhdidlərdən biridir. Lakin beynəlxalq ictimaiyyət uzun müddətdir ki, Tehranın fundamentalist rejiminə qarşı qeyri-müəyyən və yanlış yanaşma nümayiş etdirir. Bu qeyri-müəyyən yanaşma nəticəsində İran nüvə sazişini kobud şəkildə pozub, regional təsir imkanlarını və terrorizmə dəstəyini genişləndirib, cəzasız qaldığı üçün öz vətəndaşlarına qarşı şiddətli repressiyalara əl atıb”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR