Türkiyənin NATO Kosovo Qüvvələrinə (KFOR) komandanlığı bu ilin payızında rotasiya çərçivəsində alacağı gözlənilir.
Bu barədə “Bloomberg“ Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, oktyabrda NATO qüvvələrinin rəhbərliyi İtaliyadan alyansda ABŞ-dan sonra ikinci ən böyük orduya malik Türkiyəyə keçəcək. Bu addım Kosovonun şimalında baş verən son münaqişədən əvvəl planlaşdırılıb.
Agentliyin məlumatına görə, hələlik Türkiyənin namizədliyi rəsmən təsdiqlənməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.