2022-ci ilin may ayından indiyədək Rusiya Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində 60 minə qədər əsgər itirib.
Azadmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, bildirilib ki, Baxmut şəhərində ələ keçirilən hər 48 santimetr əraziyə görə Rusiyanın bir əsgəri ölüb və ya yaralanıb.
Həmçinin Rusiya ordusunun Baxmutda 29 kilometr irəliləməyi bacardığı bildirilib.
Qeyd edək ki, Ukrayna lideri Zelenski Baxmutda "Vaqner"in 21 min muzdlusunun məhv edildiyini, 60 min əsgərin isə yaralandığını (81 min itki) bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.