Suriyanın havadan müdafiə qüvvələri “Buk-M2E” zenit-raket kompleksi ilə İsrail Hərbi Hava Qüvvələrinin Dəməşq yaxınlığına atdığı aviabombanı zərərsizləşdirib.
Azadmedia.az xəbər verir ki, bu barədə Suriyada Döyüşən Tərəflərin Barışıq Mərkəzinin rəis müavini, kontr-admiral Oleq Qurinov deyib.
Belə ki, o bildirib ki, Qolan yüksəkliklərindən İsrailə məxsus iki F-15 taktiki qırıcısı 4 zərbə endirib və atılan raketlərdən yalnız biri vurulub.
Həmçinin Qurinovun sözlərinə görə, İsrail zərbələri nəticəsində iki anbar zədələnib, tələfat yoxdur.
Qeyd edək ki, İsrailin zərbələri nəticəsində Dəməşqin cənub-qərbindəki ərazilərdə İrana bağlı qüvvələrin hərbi anbarlarının dağıdıldığı bildirilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.