“Bu gün mən məhkəmə iclasında çıxış etməli idim”.
Bunu Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili özünün feysbuk səhifəsində bildirib.
O, məhkəmənin qeyri-müəyyən müddətə, ən azı payıza qədər təxirə salındığını vurğulayıb.
“Bugünkü nümunə həm də mənim Rusiya Prezidenti Vladimir Putinin və onun istiafdə etdiyi insanların hərbi əsiri olduğumu təsdiqləyir”, - deyə Saakaşvili qeyd edib.
Siyasətçinin sözlərinə görə, onun əsirlikdə olması Gürcüstan tarixində biabırçı səhifədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.