AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə 2024-cü ildə ölkənin ilk atom elektrik stansiyasında elektrik enerjisi istehsalına başlamağı planlaşdırır - Salih Sarı

  • + A
  • - A
  • 21-06-2023, 13:19

    Türkiyə 2024-cü ildə ölkənin ilk atom elektrik stansiyasında elektrik enerjisi istehsalına başlamağı planlaşdırır -


    Türkiyə 2024-cü ildə ölkənin ilk atom elektrik stansiyası olan “Akkuyu”da (AES) elektrik enerjisi istehsalına başlamağı planlaşdırır.

    Azadmedia.az “TASS“ agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Energetika Nazirliyinin nüvə enerjisi idarəsinin rəhbəri Salih Sarı bildirib.

    Belə ki, "Aprelin 27-də nüvə yanacağı “Akkuyu”ya çatdırılıb. Gələn il AES-də elektrik enerjisi istehsalına başlamağı hədəfləyirik", - deyə Salih Sarı qeyd edib.

    Qeyd edək ki, Türkiyə Energetika Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Türkiyə Rusiya və Cənubi Koreya ilə Qara dənizin “Sinop” vilayətində ikinci atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparır. Bundan əlavə, Türkiyənin Avropa hissəsində (Trakiya bölgəsi) üçüncü AES-in tikintisi ilə bağlı danışıqlar aparılır, həmçinin dördüncü AES-in tikintisi də planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR