AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsveç öhdəlikləri yerinə yetirməsə, NATO-ya daxil ola bilməyəcək - TBMM sədri

  • + A
  • - A
  • 22-06-2023, 08:07

    İsveç öhdəlikləri yerinə yetirməsə, NATO-ya daxil ola bilməyəcək - TBMM sədri

    Türkiyə parlamenti İsveçin ötən ilin iyununda NATO sammiti çərçivəsində imzalanmış Madrid Memorandumunda nəzərdə tutulan terrorla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir.

    AzadMedia.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bildirib.

    "Türkiyə İsveçdən memorandumun öhdəliklərini yerinə yetirməsini gözləyir. Biz İsveçdə antiterror qanununun qəbulunu müsbət qarşılayırıq, lakin onun həyata keçirilməsi üçün konkret addımlar lazımdır. Bu, Türkiyənin ədalətli tələbidir. Əks halda, ərizəni təsdiq etməyəcəyik", - deyə Numan Kurtulmuş bəyan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR