“Vaqner” bölmələri Voronejdən Moskvaya gedir. Böhranın sonrakı ssenarisi Rusiya təhlükəsizlik qüvvələrinin necə davranmasından asılı olaraq yaxın saatlarda müəyyənləşəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
Belə ki, “Vaqner” ilə Rusiya Müdafiə Nazirliyi arasındakı düşmənçilik açıq hərbi qarşıdurmaya çevrildi. Priqojinin elan etdiyi Azadlıq Marşından sonra vaqnerçilər Rostov-Dondakı əsas hərbi obyektlərini, o cümlədən Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını idarə edən qərargahı ələ keçiriblər. Eyni zamanda, “Vaqner” bölmələri Voronej vilayətindən keçərək şimala, Moskva istiqamətində hərəkət edirlər.
Qeyd edək ki, yaxın saatlarda Rusiya təhlükəsizlik qüvvələrinin, xüsusən də Rusiya Milli Qvardiyasının addımı böhranın necə inkişaf edəcəyinin açarı olacaq. Bu, son dövrlərdə Rusiya dövlətinə qarşı ən ciddi çağırışdır”, - deyə məlumatda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.