Stokholmdakı mərkəzi məscidin qarşısında Quranın yandırılmasından sonra onlarla iraqlı İsveçin Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Azadmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd edək ki, şiələrin dini liderlərindən olan Müqtəda əs-Sədrin çağırışından sonra kütlə Bağdaddakı səfirliyin qarşısına toplaşıb. Etirazçıların bəzilərinin əlində Quran nüsxələri, əs-Sədrin və digər dini liderlərin portretləri var. Etirazçılardan bəziləri səfirliyin hasarına dırmaşaraq, həyətə girməyə müvəffəq olublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.