Ukrayna Rusiyanın təcavüzünü dəstəklədiklərinə görə daha 291 hüquqi və 191 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
Azadmedia.az xarici KİV-nə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bununla bağlı fərman imzalayıb.
Belə ki, həmin sənədə əsasən, Rusiya, Gürcüstan, Qazaxıstan, Kipr və Belarusdan olan 291 müəssisə, təşkilat, quruma qarşı 5-10 il müddətinə sanksiyalar tətbiq edilib. Sanksiyalar tətbiq olunan şirkətlər arasında Gürcüstanın hava yolu şirkəti "Georgian Airways"də var.
Həmçinin fərman dərc edildiyi gündən qüvvəyə minir.
Qeyd edək ki, fiziki şəxslərin siyahısında əsasən Rusiya Federasiyasının vətəndaşları olsa da, lakin Belarus və Gürcüstan vətəndaşları da var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.