Çeçenistan rəhbəri Ramzan Kadırov hüquq-mühafizə orqanlarına jurnalist Yelena Milaşina və vəkil Aleksandr Nemova hücum edənlərin kimliyini müəyyən etməyi tapşırıb.
Azadmedia.az xəbər verir ki, bu barədə o, öz Telegram kanalında məlumat verib.
Belə ki, "Biz bununla məşğul olacağıq. Mən səlahiyyətli xidmətlərə göstəriş verdim ki, hücum edənlərin kimliyini müəyyən etmək üçün bütün səyləri göstərsinlər. Hakimiyyət orqanları hadisə xəbərindən dərhal sonra işə başlayıb", - deyə Kadırov yazıb.
Qeyd edək ki, səhər saatlarında “Novaya qazeta”nın jurnalisti Yelena Milaşina və vəkil Aleksandr Nemov hava limanından Qroznıya gedərkən naməlum şəxslərin hücumuna məruz qalıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.