AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Go Turkiye ilə təvazökar, qocaman ürəkli insanların məmləkəti Burdurdan Salamlar.. - REPORTAJ

  • + A
  • - A
  • 12-07-2023, 23:46

    Go Turkiye ilə təvazökar, qocaman ürəkli insanların məmləkəti Burdurdan Salamlar.. -

    Burdur, 12 iyul — Azadmedia.az

    Go Turkiye ilə təvazökar, qocaman ürəkli insanların məmləkəti Burdurdan salamlar..

    BURDUR ətrafındakı şəhərlər kimi qardaş Türkiyənin və dünyanın ən qədim yaşayış məskənləri arasındadır.


    “Go Türkiye” proqramı çərçivəsində Türkiyənin turizm imkanları tanıdılır.


    Azadmedia.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm nazirliyinin proqramı çərçivəsində Türkiyənin turizm potensialının tanıdılması məqsədilə “Go Turkiye” Turizm Bürosu dünyanın altı ölkəsindən olan nüfuzlu media şirkətlərinin nümayəndələri İstanbulda görüşərək, ilk səfərlərini Antalyadan başlayıblar.


    Belə ki, proqramda Azərbaycan, Özbəkistan Qazaxıstan, Serbiya, Macarıstan və Rumıniya olmaqla altı ölkədən olan beynəlxalq jurnalistlər və eyni zamanda bloqqerlər iştirak edir. Azərbaycanı xəbər saytı adına Azadmedia.az və saytın Redaktoru jurnalist Ülkər Piriyeva təmsil edir.


    Burdurun mədəni xüsusiyyətləri və dəyərləri, tarixi teksturası, təbii gözəllikləri, yerli yeməkləri, yerli geyimləri, türküləri, coğrafi mövqeyi, tarixi və bir çox xüsusiyyətləri ilə bir çox insanı özünə heyran etməyi bacarıb. Qısacası, bu günə qədər bir çox sivilizasiyalara ev sahibliyi edən Burdur hazırda da bir çox mədəni zənginliyi özündə ehtiva edir.

    Burdur Göllər Bölgəsi kimi tanınan ərazidə yerləşir. Burdurun rayonları - Ağlasun, Altınyayla, Bucak, Çavdır, Çeltikçi, Gölhisar, Karamanlı, Kəmər, Tefenni və Yeşilovadır.. Hetlərdən sonra Burdur frigiyalıların, lidiyalıların, farsların, Makedoniyalı İskəndərin hakimiyyəti altına keçib. Makedoniyalı İskəndərin ölümündən sonra yaranan inzibati boşluq səbəbiylə bölgədə Romalılar daha da üstünlük əldə ediblər. Burdur Roma İmperiyasından sonra Bizansa, nəhayət 1071-ci ildə Malazgirt döyüşündən sonra Səlcuqlulara keçib.

    Adı ilə bağlı əsas məlumat isə, Burdur şəhərinin əsasını qoyan türkmən tayfalarından olan Xınalı tayfası buranı tapanda "Cənnət buradadır, burada dur!" ifadəsini işlədiblər. Beləliklə, bu ifadə xalq arasında zamanla “Burdur” adına çevrilib.

    Kənd təsərrüfatı Burdur bölgəsində aparıcı iqtisadi fəaliyyətdir. Burdurun iqlimi ümumiyyətlə qışda soyuq və yağışlı, yayda isə isti və quraq keçir. Rayonda əhalinin dörddə üçü kənd təsərrüfatı ilə məşğuldur. Həmçinin heyvandarlıq da rayon iqtisadiyyatında mühüm yer tutur. Burdur həm də iqlim xüsusiyyətlərinə görə meşələrlə zəngindir. Rayonun əksər kəndləri dolanışığını meşə təsərrüfatı ilə təmin edir.

    Yemək və şirniyyatları arasında, Testi kabab, Burdur Şiş, Balqabaq halvası, Qoz əzməsi, Qoz halvası, Burdur muhallebisi, xaşxaşlı dondurma kimi sıralana bilər. Xüsusilə, Burdura xas olan “Burdur şiş” kabab dadmağa dəyər bir yeməkdir.

    Burdura gedərkən mütləq görməli olduğunuz tarixi abidələr bunlardır; Sagalassos Antik Şəhər, Kibira Antik Şəhər, İncir Xan, Bakibey Köşkü, Taş Oda Köşkü, Kremna Antik Şəhər və Susuz Karvansarayı. Gəzməli yerlər sırasında Sagalassos - Roma İmperatorluğu dövründə Pisidiya bölgəsinin ən əhəmiyyətli şəhəridir. Şəhərin böyük əksəriyyəti Roma dönəminə aiddir. Burada Neon kitabxanası, Hellinistik fontan, keramika istehsalı mərkəzi, şəhər mərkəzi olan yuxarı Aqora, Məclis binası, kilsə, yuxarı sol Heron, məbəd və Kladius qapısı var. Sevgi və İmperatorlar şəhəri kimi bilinən qədim Sagalassos şəhəri 12 min il əvvələ aid olduğu deyilir. Osmanlı dövründə, 1706-cı ildə Antalyadan Konyaya gedən karvana qoşulan fransız səyyahı Paul Lukas Sagalassos xarabalıqlarını yəni şəhəri yenidən kəşf etmişdir. Sagalassosun müəyyən nöqtələrində qazıntılar bu gün də davam edir. Burdur səfəriniz zamanı mütləq ziyarət etməyi tövsiyə edirik. Bununla belə, qədim şəhər o qədər geniş və maraqlıdır ki, xüsusilə tarix həvəskarları qədim şəhərdə rahatlıqla dolu-dolu tam bir gün keçirə bilərrlər.

    Burdurda Lavanta qoxulu kənd olan “Kuyucak” yüksək mövqeyi ilə Burdur gölünün mənzərəsinin seyr oluna biləcəyi ərazidir. Kuyucak kəndində 5000 hektar sahədə yetişdirilən lavanda, iyul ayının əvvəllərində çiçəklənməyə başlayır. Məhsul yığımı isə iyulun sonundan avqustun ortalarına qədər davam edir. Bununla yanaşı, lavandaların arılarla qaynaşdığını vurğulamaq lazımdır. Amma onların aqressiv xasiyyəti heç yoxdur. Yəni bu qədər çox arı olmuş olsa da, heç biri insanlara narahat etmir və sadəcə öz işlərini görürlər.

    Qeyd edim ki, lavanda mövsümünün ortasında sehrli atmosferdə keçirilən vaxt burada qaçırılmaması lazım olan ən vacib şeydir. Həmçinin kənddə tarlaların şəklini çəkmək və piştaxtalardan müxtəlif cür lavanda məhsulları almaqdan başqa görüləsi çox iş yoxdur. Çox şanslıyıq ki, fotolarını gördüyünüz bu xüsusi gözəllik ilə biz də rastlaşdıq və gözəl lavanda atmosferini yaşamaq şansımız oldu.

    Davamını Burdur barədə geniş yazımda oxuyacaqsınız..

    12 iyul, Burdurdan sevgi ilə qalın
    Ülkər Piriyeva



































    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR