AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyanın Ukraynanı blokadaya alması taxılın qiymətlərini artırır - Britaniya MN

  • + A
  • - A
  • 28-07-2023, 12:10




    Rusiyanın Ukraynanı blokadaya alması taxılın qiymətlərini artırır -



    Sankt-Peterburqda Rusiya-Afrika konfransı keçirilib. Keçən dəfəki konfransda Afrikadan 43 lider iştirak etmişdisə, budəfəki sammitə 17 dövlət başçısı qatılıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında deyilir.

    Qeyd edək ki, “Konfrans Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmasından on gün sonra baş tutub. Taxıl təşəbbüsü Efiopiya, Keniya, Somali və Sudan kimi ölkələrin əsas ərzaq məhsullarının tədarükünü təmin edərək, 30 milyon ton Ukrayna taxılını Afrikaya ixrac etməyə imkan verirdi. Tədarükün birbaşa kəsilməsi ilə yanaşı, Rusiyanın Ukraynanı blokadaya alması da taxılın qiymətlərini artırır. Ukraynadakı müharibənin nəticələri, demək olar ki, ən azı yaxın iki il ərzində Afrikada ərzaq problemini daha da artıracaq”, - deyə məlumatda deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR