ABŞ Maliyyə Nazirliyi Rusiya Elmlər Akademiyasının iki institutu və bir elmi mərkəzinə sanksiya tətbiq edib.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, “qara siyahı”ya Rusiya Elmlər Akademiyasının A.M.Proxorov adına Ümumi Fizika İnstitutu, Kazan Elmi Mərkəzi və Bərk Cisimlər Fizikası İnstitutu düşüb.
Qeyd edək ki, Rusiyanın iki konteyner gəmisi - "Sasco Angara" və "Paramuşir" də sanksiyalara məruz qalıb. Nazirlik onların Saxalin Gəmiçilik Şirkəti (SASCO) ilə əlaqəli olduğunu iddia edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.