İran İnqilab Keşikçiləri Korpusu Britaniyanın milli təhlükəsizliyinə ən böyük təhdiddir.
Azadmedia.az xəbər verir ki, bunu Britaniya daxili işlər naziri Suella Braverman deyib.
Qeyd edək ki, Braverman, SEPAH-ın Böyük Britaniyada fəaliyyətinin mümkün artımından, ölkədə İran hökumətinə müxalifləri hədəfə almaq üçün iranlı casuslar tərəfindən mütəşəkkil cinayətkar dəstələrin cəlb edilməsi ilə bağlı kəşfiyyat hesabatlarından narahat olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.