Bu gün Türkiyə hökumətinin iclası olacaq. Prezident Rəcəb Tayyib Erdoğanın sədrliyi ilə keçiriləcək iclasda daxili və xarici siyasət məsələləri müzakirə ediləcək.
Azadmedia.az xəbər verir ki, xarici siyasətlə bağlı mövzulardan biri Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri olacaq.
Belə ki, iclasın gündəliyində Cənubi Qafqazda baş verən proseslər və Azərbaycanla Ermənistan arasında normallaşma məsələsi də yer alacaq.
Həmçinin Qara dəniz taxıl təşəbbüsünü canlandırmaq, habelə İsveç başda olmaqla, bəzi Qərb ölkələrində Qurana qarşı ardıcıl hücumlar, terrorla mübarizə məsələləri də əsas müzakirə mövzularından olacaq.
Qeyd edək ki, Kahramanmaraşdakı zəlzələdən sonra 6 ay ərzində vilayətdə görülmüş işlər barədə məlumat veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.