AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Karate Federasiyası ilə üzv federasiyaların müqavilə imzalanma mərasimi keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 12-09-2023, 22:28

    Azərbaycan Karate Federasiyası ilə üzv federasiyaların müqavilə imzalanma mərasimi keçirilib - FOTOLAR



    Bakı, 12 sentyabr — Azadmedia.az


    Azərbaycan Karate Federasiyası (AKF) ilə üzv federasiyaların müqavilə imzalanma mərasimi baş tutub.

    Azadmedia.az xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunda keçirilib.

    Belə ki, ilk növbədə federasiya prezidenti, deputat Ülvi Quliyev çıxışında bir sıra məsələlərin həlli üçün toplaşdıqlarını bildirib: “Azərbaycan Karate Federasiyası Gənclər və İdman Nazirliyi ilə müqavilə imzalayıb. Buna uyğun olaraq da digər federasiyalar Azərbaycan Karate Federasiyası ilə saziş bağlamalıdırlar. Bunlar Gənclər və İdman Nazirliyinin reqlamentinə uyğundur”.

    Həmçinin bildirilib ki, AKF-in nəzdində fəaliyyət göstərəcək federasiyalar yarışlar keçirməzdən bir ay öncədən onları məlumatlandırmalıdırlar.

    Daha sonra 6 federasiya rəhbərliyi (Milli Karate Federasiyası, Fullkontakt Kyokşin Federasiyası, Kosiki Karate Federasiyası, Ənənəvi Karate Federasiyası, Şotokan Karate Federasiyası, Aşihara Karate Federasiyası) Azərbaycan Karate Federasiyası ilə müqavilə imzalayıb.

    Qeyd edək ki, tədbirdən sonra AKF-in idarə heyətinin iclası keçirilib. İclasda sənədlərlə işin təşkili, yarışların təşkili xüsusiyyətləri, arayış və hesabatların icrası, lisenziyalaşdırma, AKF-ə üzvlük qaydaları, büdcə vəsaiti fondunun yaradılması, 2024-cü il üçün vahid təqvim planı və digər məsələlər müzakirə edilib.












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR