AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ağdərədə yanan evlər ermənilərin vaxtiylə işğal etdikləri torpaqlarla "vida mərasimidir”

  • + A
  • - A
  • 24-09-2023, 20:47

    “Ağdərədə yanan evlər ermənilərin vaxtiylə işğal etdikləri torpaqlarla "vida mərasimidir”

    Seymur Əliyev: “Baş verənlər onu göstərir ki, antiterror tədbirləri psixoloji baxımdan da effektiv olub”

    Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi, jurnalist və siyasi təhlilçi Seymur Əliyev bildirib. O, qeyd edib ki, baş verənlər onu göstərir ki, 19-20 sentyabr tarixli antiterror tədbirləri psixoloji baxımdan da effekltiv olub:

    “Baş verənlər göstərir ki, Azərbaycan Ordusunun 19-20 sentyabr tarixində həyata keçirdiyi lokal antiterror tədbirləi sadəcə hərbi deyil, psixoloji baxımdan da effektiv olub. Məlum tədbirlərin nəticəsi olaraq separatçılar anlayıb ki, bir qərinəyə yaxındır ki, işğalda saxladıqları torpaqları tərk etməyin zamanıdır. Məhz buna görə də onlar apara bilmədikləri hər şeyi yandırmaqla kin və nifrətləri ilə yanaşı, həm də öz acizlik və miskinliklərini nümayiş etdirirlər. Onlar bununla bir daha bütün dünyaya göstərirlər ki, qurmaq, yaratmaq, inşa etmək, abadlaşdırmaq və s.kimi məfhumlar onların ruhuna, təbiətinə yaddır. Onlar ancaq dağıtmaq, talan etmək, yandırmaq üçün yaranıblar və Ağdərədə də öz yaradılışları gərəyi addım atırlar. Kül və kütləvi məzarlıqlar – hər yerdə ermənilərdən geridə qalanlar yalnız budur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR