AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəbrayıl şəhər qününün qeyd edilməsi mühüm hadisədir

  • + A
  • - A
  • 7-10-2023, 14:44

    Cəbrayıl şəhər qününün qeyd edilməsi mühüm hadisədir

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin iyul ayının 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

    1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Cəbrayıl 27 ildən sonra düşməndən azad edildi. 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad olundu və ölkəmizin şanlı bayrağı burada dalğalandı. Bu tarixi əhəmiyyətli bir hadisə idi, çünki Azərbaycanın İkinci Qarabağ müharibəsindəki ilk ən ciddi uğuru Cəbrayılla bağlı olmuşdur. Digər tərəfdən Cəbrayılın azad edilməsi tarixi ədalətin və beynəlxalq hüququn bərpası idi.
    Eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistanın təcavüzü rayonun infrastrukturuna inanılmaz ziyan vurmuşdur. İşğal nəticəsində Cəbrayıl rayonuna vurulan zərər 13,928 milyard ABŞ dolları təşkil etmişdir. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdılmışdır. Ancaq ölkəmizin Böyük Zəfəri vəziyyəti köklü şəkildə dəyişdirdi. Qarabağ iqtisadi regionunun digər yaşayış məntəqələrində olduğu kimi, Cəbrayılda da dövlətimiz irimiqyaslı bərpa-quruculuq işlərini həyata keçirir və heç bir şübhə yoxdur ki, ən qısa zamanda həyat burada öz normal məcrasına qayıdacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR