AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hizbullahın Livanın cənubundakı hədəfi vuruldu - İsrail ordusunun sözçüsü

  • + A
  • - A
  • 14-10-2023, 15:09

    Hizbullahın Livanın cənubundakı hədəfi vuruldu -


    İsrail Hizbullahın Livanın cənubunda hədəfinin vurulduğunu açıqlayıb.
    ''Yedioth Ahronoth'' qəzetinin İsrail ordusunun sözçüsü Daniel Hagariyə istinadən yaydığı məlumata görə, İsrail ordusu ölkəyə sızmağa çalışan pilotsuz təyyarəyə cavab olaraq Hizbullaha məxsus hədəfi vurub.
    Ordu İsrailin pilotsuz uçuş aparatına edilən hücuma da cavab verib.
    Hizbullah hələlik məsələ ilə bağlı açıqlama verməyib.
    İsrailin KAN telekanalının yaydığı xəbərdə İsrail ordusunun pilotsuz uçuş aparatının Hayfaya sızmağa cəhd etməsindən şübhələndiyi bildirib.
    İsrail ordusunun sözçüsü tərəfindən dünən verilən yazılı açıqlamada Livan sərhədindəki bəzi hərbi müşahidə məntəqələrinin atəşə tutulduğu, daha sonra isə Hizbullahın bölgədəki infrastrukturuna zərbələr endirildiyi qeyd olunub.
    İsrail ordusuna məxsus silahlı pilotsuz uçuş aparatının (SİHA) Hizbullah hədəflərini havadan da vurduğu bildirilib.TRT


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR