AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pirverdiyevin ayağında 2 milyard var: “Azərenerji” şefinin şok biznes siyahısı...

  • + A
  • - A
  • 6-07-2018, 11:18

    Pirverdiyevin ayağında 2 milyard var: “Azərenerji” şefinin şok biznes siyahısı...















    2017-ci ildə “Azərenerji” enerji satışından 1 milyard manatdan artıq gəlir əldə edib

    Vətəndaşlar və eləcə də iş adamları sözügedən quruma il ərzində belə böyük məbləğdə ödəniş ediblər.

    Maraqlıdır ki, 2016-cı ildə "Azərenerji”nin elektrik enerjisi satışından əldə etdiyi gəliri 807 milyon manat olub.

    Yəni, 2017-ci ildə "Azərenerji”nin elektrik enerjisi satışından əldə gəlirinin əvvəlki illə nisbətən 200 milyon manata yaxın artmasına baxmayaraq, qurumun zərəri ötən il 6 dəfə çoxalıb.

    Cəmiyyətin hazırda 1 milyard 951 milyon manat kredit və borc vəsaitləri üzrə öhdəliyi var. Bununla yanaşı, ticarət və digər kredit borcları üzrə öhdəliyi də 470 milyon manatdan çoxdur.

    Bütövlükdə isə cəmi kapitalı 1 milyard manatdan bir az atıq olan "Azərenerji”nin yığılmış zərəri 2 milyard 123 milyon manata çatıb.

    “Azərenerji” ASC-ə böyük həcmdə maliyyə dəstəyinin olmasına baxmayaraq, qurum ən borclu təşkilatlar siyahısındadır və son 2 gündə baş verənlər də göstərir ki, elektrik sistemdə modenləşdirmə problemi var.

    FİA.Az-ın xəbərinə görə, ASC prezidenti Etibar Pirverdiyevə cinayət işi başlana bilər. Prezidentin qəzəbinə tuş gələn ASC rəhbəri bu illərdə böyük sərvətə sahiblənib.

    Əvəzində dövlətin vəsaitlərini talan edərək bu sektorda heç bir iş görməyib. Nəticədə İES-in köhnə avadanlıqların ümidinə qalması partlayışa, yanğına, qəzaya səbəb olub.

    Baş nazirin müavini Yaqub Eyyubovun himayəsində olan Etibar Pirverdiyev daha sonra xəttini dəyişərək prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun himayəsinə sığındı.

    Nəticədə həm postunu qoruya bildi, həm də biznes şəbəkəsini. Gəlin indi də Pirverdiyevin biznes şəbəkəsinə diqqət yetirək.

    Araşdırmalara görə Etibar Pirverdiyev ölkə kənarında da ciddi biznesi olan simalardan biridir. Onun əsas biznesi isə Rusiyada, daha dəqiqliyi ilə desək Dağıstandadır.

    İlk zamanlarda o və qardaşı Rusiyadan maşın hissələri gətizdirib satdırmaqla məşğul olub.

    Amma imkanları qaydaya düşəndən sonra daha ciddi biznesə girişiblər. Söhbət Dağıstanda tikinti sektoruna qoşulmaqdan gedir.

    Xatırladaq ki, tikinti bumu yaranan zaman Etibar Pirverdiyev də ciddi şəkildə bu sahədə fəaliyyət göstərirdi. Amma məlum olaylardan sonra o, bu fəaliyyətini Dərbənd də davam etdirməyə başladı.

    Bir müddət öncə isə bir hündürmərtəbəli binanı yaşayış üçün təhvil verib. Bundan sonra isə o daha böyük layihəyə sahiblənə bilib.

    Demək olar ki, Xaçmaz, Qusar rayonlarında bütün torpaq sahələri Etibar Pirverdiyevin yaxın adamları vasitəsi ilə ələ keçirilib.

    Məlum rayonlarda fermer təsərrüfatları, əkin sahələri yalnız Pirverdiyev qardaşlarına məxsusdur. Məsələn, Xaçmazın məşhur Həsənqala gölü də zəbt edilib.

    Həsənqala kəndindəki bu göl, balıq vətəgəsinə çevrilib. Gölü kəndlilərin əlindən alıb, əkinlərini susuz buraxan isə Azərenerji prezidenti Etibar Pirverdiyevdir.

    Pirverdiyev həmçinin restoran şəbəkələrinin yaradılması ilə də məşğuldur və məlum rayonlardakı istirahət mərkəzlərinin əksəriyyəti Etibar Pirverdiyevə məxsusdur.

    İnter Enerji MMC Azərenerji ASC-nin idarə heyətinin sədri Etibar Pirverdiyevə məxsusdur. Gerçək idarəetməni o, formal idarəetməni isə onun qaynı həyata keçirir. Həmçinin 7 min nəfərin çalışdığı nəhəng müəssisənin real bazar dəyəri ən azı 500 milyon manatdır. Pirverdiyev 500 milyon manatlıq Azenco-nu cəmi 6,4 milyon manata - real qiymətindən 78 dəfə ucuz qiymətə əldə edib.

    Bu hadisələrdən sonra onun vəzifədən çıxarılacağı, bu qurumun ləğv olunacağı, Pirverdiyevin biznesinə əl qoyulacağı iddiaları var. Hətta həbsi də istisna edilmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR